Putinə görə Rusiyanı 2 milyon beyin tərk edib - Hesabat

Rusiyadan emiqrasiyanın yeni dalğası iqtisadi yox, siyasi səbəblər ucbatından yaranıb.
Axar.az xəbər verir ki, bu məlumat Atlantika Şurasının hazırladığı “Putinin nəticəsi: yeni beyin axını” hesabatında yer alıb. Hesabata əsasən, Rusiyadan emiqrasiya artıq 1,5 ildir ki, davam edir:
“Vladimir Putinin dövründə ölkəni 2 milyona yaxın rusiyalı tərk edib. 2012-ci ildən etibarən isə, ölkədən qaçanların sayı Putinin hakimiyyətinin ilk səkkiz ilindəkindən çox olub. Ölkəni tərk edənlərin 45%-i bakalavr, 37%-i isə magistr və ya doktorantura səviyyəsinə sahib şəxslərdir”.
Hesabatda ölkəni tərk edənlərin 40%-i buna əsas səbəb kimi ümumi siyasi iqlimi, 33%-i siyasi haqların çatışmazlığını, 32%-i problemli iqtisadi situasiyani, 29%-i siyasi təqibləri, 26%-i işsizliyi, 24%-i isə təhsil keyfiyyətini göstəriblər. Şuranın ekspertlərinin fikrincə, Kreml ölkəni tərk edənlərə hər cür imkan yaradır ki, hökumətdən narazı olanların sayını ölkə daxilində azaltsın.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub