Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
“Dağlıq Qarabağda gərginlik uzun illər davam edib. Bunun xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”.
“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
O, qoşunların təmas xəttində tez-tez atışmaların olduğunu xatırladıb.
“Nəticədə bu, münaqişəyə çevrildi. Biz həmişə, uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması nöqteyi-nəzərindən çıxış etmişik…
“Beynəlxalq və hüquqi nöqteyi-nəzərdən bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu mənada bu vəziyyəti də nəzərə alaraq, Dağlıq Qarabağın özü də beynəlxalq hüquq baxımından Azərbaycandır” – Putin söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir