"Pul qazananda yaxşı idi, indi yoxdur deyə biabır edilməlidir?"
Müğənni Xatun Əliyeva Əməkdar artist Mətanət İsgəndərlini müdafiə edib.
Sənətçi həmkarı haqda gəlini Canananın dediklərini qınayıb.
“Xəbəri eşitdim çox üzüldüm. Mətanət xanımı yaxından tanıyır, onun pərəstişkarıyam. Çox saf, səmimi, sadə insandır. Uşaq kimidir, ona görə də onu belə incidirlər. Hamıya inanır, başına da belə işlər gəlir.
O, bu həyatda çox əziyyətlər çəkib. Çox zəhmətkeş insandır, Canı ağrıya-ağrıya ordan ora, burdan bura qaçdığını görmüşəm. Bütün ailənin yükü tək onun çiyinlərində olub. Təkbaşına balalarını, bacı, qardaşını saxlayıb. Bütün külfətə o baxıb. İndiki mövcud duruma görə pul qazanmır, toy yoxdur, nə etsin? Bu xanım necə dolansın?
Kaş ailə məsələsini ictimailəşdirməzdiniz, öz aranızda həll edərdiniz. belə bir şəraitdə hamının problemi ola bilər. Bunu bu formada danışmaq, müsahibə vermək insanlığa sığmır. Pul qazananda yaxşı idi, indi yoxdur deyə biabır edilməlidir?”.
Qeyd edək ki, M.İsgəndərlinin gəlini və oğlu Kərim ayrılıb. Gəlin hazırda 3 uşaqla kirayədə yaşadığını, ona həyat yoldaşının dəstək olmadığını bildirib. (Axşam.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək