PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
“Bu, gözəl gündür. Yarımfinala vəsiqə qazanmaq mentalitetimizi dəyişdirmək üçün lazım idi. Futbolçular çox yaxşı çıxış etdi, qürur duyuram”.
“Report” xəbər verir ki, bu fikirləri Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/4 finalında İtaliya “Atalanta”sını 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra “RMC Sport”a açıqlamasında deyib.
47 yaşlı funksioner bildirib ki, çoxları Paris təmsilçisinin Çempionlar Liqasına hazır olmadığını iddia edib. Klubun rəhbəri hazırda yarımfinal haqqında düşünməli olduqlarını diqqətə çatdırıb.
O, komandanın ulduz futbolçuları Neymar və Kilian Mbappenin klubdakı taleyi barədə də danışıb: “Onlar dünyanın ən yaxşı futbolçularından biridir. Həm Neymar, həm də Mbappe klubda qalacaq, PSJ-ni buraxmayacaqlar!”
Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının yarımfinalında “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək