“Prosineçki ikiüzlü adamdır” - Asmir Beqoviç
Asmir Beqoviç uzun fasilədən sonra Bosniya və Herseqovina millisinə dəvət alacaq.
“Qafqazinfo” avaz.ba-ya istinadən xəbər verir ki, 32 yaşlı qapıçı Bosniya mətbuatına açıqlamasında yığmanın sabiq baş məşqçisi Robert Prosineçkini ikiüzlülük etdiyini deyib:
“Yığmanın baş məşqçisi Duşan Bayeviç və köməkçiləri məni ziyarət etdi. Əgər məşqçi səninlə görüşürsə, hər şeyin düzünü deməlidir. Bu, ən yaxşı yoldur. Bayeviç də oyunçularla açıq danışan biridir. Hər zaman millidə olmuşam, ancaq son baş məşqçi Robert Prosineçki ikiüzlü adamdır. Mənə və mətbuata başqa sözlər deyirdi. Onun bu hərəkətinə layiq deyildim. İndi ən vacib amil problemləri həll etməkdir. Hamımız Avropa çempionatını arzu edirik. Bunu gerçəkləşdirmək üçün imkanlarımız var”.
Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən bosniyalı qapıçı “Milan”la müqavilə imzalamasından danışıb:
“Bu, böyük klubdur və uyğunlaşmaq çətindir. Son illərdə komanda əvvəlki nəticələrini qazanmasa da, klub və şəhər yenə də möhtəşəmdir. “Milan”ın bir hissəsi olduğum üçün qürurlu olduğumu demişdim. Gənc komanda var. Zlatan İbrahimoviç də daxil olmaqla təcrübəli oyunçular komandaya təmkinlik gətirdi. İnanıram ki, mövsümün sonuna qədər yaxşı nəticələr olacaq. Paltardəyişmə otağında təcrübəli oyunçuların məsləhəti vacibdir. Zlatan paltardəyişmə otağında xüsusi avtoritetə sahibdir. Onun gəlişi ilə komanda fərqli oynayır”.
Müqavilə ilə “Bornmut”a məxsus olan Beqoviç mövsümün ilk yarısını “Qarabağ”da keçirib. Hazırda “Kayserispor”u çalışdıran Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. O, ötən il Bosniya və Herseqovina yığmasından ayrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşdi
Azərbaycan çempionatında türk referi hakimlik edəcək
"Arsenal" Məsud Özili İtaliya nəhənglərinə təklif etdi
"Qarabağ" Yunanıstanda darmadağın etdiyi "Olimpiakos"a qarşı
Gənc idmançı Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma
"Qarabağ"dan ardıcıl 10-cu qələbə
Əfsanəvi futbolçunun ŞOK görüntüləri yayıldı