Professor Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək
Penitensiar Xidmət professor Adil Qeybullanın həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.
“Minval.info” xəbər verir ki, bu Barədə “Report”a vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq.
Qeyd edək ki, T.Yaqublu artıq 10 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Hökmdən apelyasiya şikayəti verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səməd Seyidov: “Kişisənsə, bunun arxasında dayan!”
Son dəqiqə - Prezident seçkilərinin vaxtı dəyişdi
Səhiyyə Nazirliyi hazırda uşaqlar arasında yayılan virusun adını açıqladı
Bu gündən məktəbəhazırlıq qruplarında qış tətili başlayır
Prezident Əli Nağıyevlə bağlı sərəncam verdi