Prezident Zərifin istefasını qəbul etmədi

İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını hələlik qəbul etməyib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın XİN nümayəndəsi Bəhram Kasemi bəyanat yayıb: “Bu gün hörmətli prezident administrasiyasnın qərarına əsasən, istefa qəbul edilməyib”.
Bundan əvvəl isə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Cavad Kərimi Qodusi Zərifin istefasının təsdiq edildiyini açıqlamışdı. Prezidentin rəsmi saytı isə hər hansı açıqlama verməmişdi.
Xatırladaq ki, Məhəmməd Cavad Zərif ötən gün İnstaqram səhifəsində istefa qərarını açıqlamışdı. O, 2013-cü ilin avqustundan xarici işlər naziridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub