Prezident kimin tərəfindədir?
Politoloq Elxan Şahinoğlu son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirib.
Minval.İnfo xəbər verir ki, E.Şahinoğlu bu barədə facebook sosial şəbəkəsində status yazıb.
Mövzunun aktuallığını nəzərə alaraq, həmin statusu təqdim edirik:
“Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də prezident Armen Sərkisyandır. Bəli, onu indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib. Normal durumda Armen Sərkisyan Serj Sərkisyandan asılı olmalı idi. Ancaq indi Ermənistanda durum fərqlidir və onu vəzifəyə gətirənin müxalifət üzərində qələbə çalıb-çalmayacağı bilinmir. Ən pis halda Serj Sərkisyan birinci dəfəki prezident seçkisində olduğu kimi polisə “atəş açın” əmri versə və 10 il əvvəlki kimi onlarla insan qətlə yetirilsə bu indiki prezident Armen Sərkisyanı çətin dilemma qarşısında qoyacaq. Bu, qətliama göz yummaq Serj Sərkisyanın cinayətinə şərik olmaq demək mənasına gələcək. Ona görə də Armen Sərkisyanın son iki addımı məndə onun tərəddüd keçirdiyi görüntüsü yaradıb.
Birincisi, o, Serj Sərkisyandan əvvəl radikal müxalifətin lideri Paşinyanla görüşdü. Özü də Serj Sərkisyandan fərqli olaraq, Paşinyanı otelə çağırmadı, küçənin ortasında görüşdü. İkincisi, Armen Sərkisyan bugünkü açıqlamasında tərəfləri dialoqa və qarşıdırmadan çəkinməyə çağırdı. Bu, müxalifətdən çox hakimiyyətə çağırışdır ki, Serj Sərkisyan polisə “atəş açın” əmrini verməsin. Armen Sərkisyan Serj Sərkisyana yarı gizli mesaj göndərir ki, sənin cinayətlərinə şərik olmayacam”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məxfi xidmətin əməkdaşı Cey Di Vensin səfərlərinə dair məlumat sızdırıb?
Peskov İranla bağlı sualdan QAÇDI
Lavrov Ukrayna sualından belə yayındı
Rubio Beynəlxalq Cinayət Məhkəməsini sərt tənqid etdi
Zelenski Trampın elçiləri ilə müharibəni müzakirə etdi
Tramp: İran yeni nüvə obyekti yaratsa, dərhal vuracağıq
Tramp xəbərdarlıq etdi: ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər