Prezident İlham Əliyevin də olduğu şəkil: Paşinyan yoxa çıxdı - ŞOK FOTO
Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilən sammitdə iştirak edən liderlərin fotosu gülüş doğurub.
Minval.info Axar.az-a istinadən xəbər verir ki, gülüşə səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın fotoda yeri olub. Belə ki, Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna Prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib.

Foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Etirazlardan sonra foto saytdan silinib.
Ermənistanın “Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siyasi tədbirlərdə iştirak etməməsinə reaksiya verdiyini bildirib.
AB-nin mesajının Paşinyana yox, birbaşa Ermənistan dövlətinə və onun xarici siyasətinə ünvanlandığı vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir