15.03.2019 - 18:42
Siyasət
14 baxış
Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib
Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı verib.
Başsağlığında deyilir: “Hörmətli xanım Baş nazir, Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
19.10.2026 - 17:04
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
19.10.2026 - 16:54
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
15.10.2026 - 01:46
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
15.10.2026 - 01:42
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
12.10.2026 - 17:44
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
12.10.2026 - 17:34
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
12.10.2026 - 14:04