Prezident İlham Əliyev: "Bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub"
“Bütövlükdə bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, yüksək səviyyədə, nazirlər, qanunverici hakimiyyətin rəhbərləri səviyyəsində əlaqələr, biznes forumlar xeyli çox olub: “Bu yaxınlarda Moskvada regional forum keçirilib. Buna görə biz ili siyasi sahədə yaxşı nəticələrlə, əmtəə dövriyyəsinin xeyli artması ilə başa vururuq və gələn ilə böyük nikbinliklə baxırıq. Çünki əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və biz, əlbəttə, öz tərəfdaşlarımızla ənənəvi əlaqələri möhkəmlədəcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı