30.03.2018 - 19:12
Maliyyə
1 baxış
Prezident iki rayon üçün pul ayırdı - 16 milyon manat
Prezident İlham Əliyev martın 30-da “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 14 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Prezident Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda banklarla bağlı yeni cəza növü müəyyənləşib
07.06.2019 - 13:04
Azərbaycanda yeni BOKT yaradılıb
06.09.2021 - 14:44
Dolların aprelin 2-nə olan məzənnəsi
30.03.2018 - 22:02
Bağlanan banklar sayəsində yeyilən milyonlarla manat - Hər şey ortaya çıxdı
12.05.2018 - 10:47
Dolların sabaha olan məzənnəsi
24.10.2018 - 19:00
Ləğv prosesində olan bankların müştərilərinin diqqətinə
19.05.2018 - 17:26
Azərbaycanda “Aİ-98” markalı benzin də BAHALAŞDI
13.07.2022 - 12:10
