Prezident: “Gürcüstan qaz və neft sahəsində əsasən Azərbaycandan asılıdır”
“Gürcüstanın Rusiyadan enerji asılılığı kifayət qədər aşağıdır, çünki biz qaz və neft baxımından əsasən Azərbaycandan, elektrik enerjisi baxımından isə Türkiyədən asılıyıq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Paris Match” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstanın Rusiyaya müəyyən müqavimət göstərmək qabiliyyəti var: “Lakin Rusiya sərhədyanı dövlətdir, onun cənub hissəsində çox mühüm hərbi bazaları, işğal olunmuş ərazilərdə, Ermənistan ərazisində də böyük bazaları var. Biz əhatələnmişik, lakin Gürcüstan müəyyən müqavimət göstərmək qabiliyyətinə malikdir, çünki biz 26 əsrdir bu strateji regiondayıq. Biz faktiki olaraq mövcud olan bütün imperiyalar tərəfindən fəth edilmişik. Rusiya iki əsrdə dörd dəfə Gürcüstanı işğal edib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ