Prezident ehtiyat fondundan 6 milyon ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncamda deyilir:
1. Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 6,0 (altı) milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahu ABŞ səfərini yarımçıq qoydu
Prezident Bakıda yolların qurulmasına 5 milyon manat ayırdı
Belarusdan Putinə qəribə təklif: “Rusiyaya birləşməyə hazırıq”
Erməni jurnalist muzdluların Azərbaycana qarşı döyüşdüyünü etiraf etdi
ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi İSTƏMİR
İsrail səfirinin Təbriz tvitinə İran səfirindən qəzəbli REAKSİYA
Sergey Şoyqu: "ABŞ Rusiya sərhədlərində hərbi mövcudluğunu gücləndirir"