Prezident: "Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi"
“Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən dəfələrlə son 17 il ərzində demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmasa hərbi yollarla biz bu məsələni həll edəcəyik”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərimə” əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Və bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi ”, – Prezident əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı