Premyer Liqa: "Neftçi" ikinci dövrənin ən yaxşısı olub
Futbol üzrə Azərbaycan Premyer Liqası ikinci dövrənin ən yaxşı komandası bəlli olub.
Minval.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, II dövrənin 7 turunda baş tutan 28 matçda “Neftçi” daha çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi rəqiblərindən daha çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır.
“Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.
Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.
Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.
Qeyd edək ki, I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.
| 1 | Neftçi | 7 | 4 | 2 | 1 | 14 – 5 | 14 |
| 2 | Keşlə | 7 | 3 | 3 | 1 | 10 – 9 | 12 |
| 3 | Sumqayıt | 7 | 3 | 2 | 2 | 13 – 11 | 11 |
| 4 | Qarabağ | 7 | 2 | 4 | 1 | 7 – 6 | 10 |
| 5 | Zirə | 7 | 2 | 3 | 2 | 12 – 13 | 9 |
| 6 | Qəbələ | 7 | 2 | 2 | 3 | 11 – 10 | 8 |
| 7 | Sabah | 7 | 2 | 2 | 3 | 9 – 11 | 8 |
| 8 | Səbail | 7 | 0 | 2 | 5 | 2 – 13 | 2 |
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək