01.09.2026 - 18:12
Lent 12 baxış

Pomidorların genetikası dəyişdirilib? İstehlakçılar narahatdır!

Sosial şəbəkələrdə yayılan görüntülərdə müştərinin aldığı pomidorun içərisinin ağ çıxması ilə bağlı narahatlıqlar artmaqdadır. Pomidorun xarici görünüşünün yaxşı olmasına baxmayaraq, içərisinin yararsız olması istehlakçılar arasında narazılıq yaradıb və aidiyyəti qurumlara çağırışlar edilib.

Minval.info xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələyə münasibət bildirərək, qlobal bazarın təsiri altında istehlakçı hüquqlarının arxa planda qaldığını vurğulayıb. O, bəzi məhsulların uzun müddət xarab olmadan saxlanılması üçün genetik modifikasiyaya məruz qaldığını qeyd edib. Hüseynov, bu cür pomidorların genetik modifikasiya olunmuş ola biləcəyini ehtimal edir və bu məhsulların hibrid adı altında bazara çıxarıldığını bildirir.

Eyyub Hüseynov əlavə edib ki, istehlakçılar məhsul alarkən diqqətli olmalı, mümkün olduqda yerində kəsib yoxlamalıdırlar. O, qədim pomidor növlərinin artıq sıradan çıxdığını və digər bitkilərin də genetik dəyişikliklərə məruz qaldığını qeyd edib. Azad İstehlakçılar Birliyi bu məsələlərdən narahatdır və istehlakçıların sağlamlığının ön planda tutulması üçün işlər aparır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: