18.03.2021 - 14:36
Dünya
24 baxış
Polşadan 8 Azərbaycan vətəndaşı deportasiya olunub
Polşanın paytaxtı Varşavadan 8 Azərbaycan vətəndaşı deportasiya olunub.
“Report”un Avropa bürosunun məlumatına görə, azərbaycanlıların deport olunmasına səbəb yerli miqrasiya qanunlarını pozmaq, yaşamaq izni ilə bağlı dövlət qurumlarına yanlış məlumat vermək olub.
Polşadan çıxarılan azərbaycanlılardan 5-i ümumiyyətlə ölkədə gizlin yaşayıblar.
Qeyd edək ki, son dövrlər bir sıra Avropa ölkələrindən deportasiya olunan azərbaycanlıların ölkədən çıxarılma səbəbi Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyi Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
20.10.2026 - 11:34
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
20.10.2026 - 10:44
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04