Politoloq: "Bu qərar Ermənistanı Bakıdan asılı vəziyyətə salacaq" (VİDEO)
Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən müvəqqəti göndərilməsi ölkəmiz tərəfindən edilən bir jestdir.
Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu addım Ermənistana bölgədəki reallıqları xatırladacaq:
“Azərbaycan öz siyasi iradəsini ortaya qoyub. Burada Ermənistan cəmiyyətinin və siyasi hakimiyyətinin verəcəyi reaksiyadan çox şey asılıdır. Lakin Ermənistanda hakimiyyətin monipulyativ davranışlar sərgilədiyi bir zaman kəsiyində bu faktın xüsusi olaraq qeyd olunacağını gözləmirəm. Təbii ki, bunu nəzərə alan ayrı-ayrı qüvvələr olacaq. Bundan başqa digər önəmli məsələ odur ki, indiki şəraitdə Ermənistan enerji problemlərinin həllində də Azərbaycandan asılıdır. Gələcəkdə oxşar faktorlar da baş verərsə, Ermənistanın hər hansı üçüncü dövlətdən qaz almaq və ya enerji problemlərini həll etmək imkanı olmayacaq. Bu, həm də Ermənistana bölgədəki reallıqların xatırladılması baxımından böyük əhəmiyyət kəsb edir”.
https://youtu.be/d2_Qfrsciok
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı Paşinyanın Qarabağla bağlı bəyanatına cavab verdi
"Cəbhədə yalnız peşəkarlar xidmət etməlidir"
İran, Azərbaycan, Rusiya və Türkiyə nazirləri arasında saziş imzalanıb
“Azərbaycan hökuməti məni və ailəmi terror təhdidlərindən qorudu”