Polislər bəraət alan şəxsi yenidən saxlayıb? - Açıqlama - VİDEO
Sosial şəbəkədə vətəndaş polislər tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edib.
Bakupost.az bildirir ki, o, məhkəmədə bəraət alsa da polis tərəfindən yenidən saxlanıldığını bildirib.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynovun verdiyi məlumata görə, oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Xətai RPİ-nin 36-ci PŞ-nin əməkdaşları tərəfindən İ.Qəhrəmanov saxlanılmış, idarə etdiyi “BMW” markalı avtomobilə keçirilən baxış zamanı avtomobildən oğurluq əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"