"Polisə artıq-əskik söz deyəndə, döyməyə haqqı var" - Əməkdar artist
Əməkdar artist Çingiz Əhmədov “3 D” proqramında qonaq olub.
Musavat.com xəbər verir ki, aktyor iki günlük küçəyə çıxma qadağası zamanı Yasamalda baş verən hadisəni şərh edib. Onun sözləri müzakirələrə səbəb olub:
“İki gün küçəyə çıxmaq qadağan olundu. İnsanlar eyvandan polislərə zibil atdılar. Onları evdən elə-belə çıxartmayıblar. Gərək hər kəs birinci özünə hörmət etsin ki, sonra ətrafa hörmət etsin. Polislər də bizim qardaşlarımızdır, bizi qoruyan insanlardır. Polis səni haqsız olaraq evdən döyüb niyə çıxarmalıdır? Deməli, nə isə problem yaranıb”.
Daha sonra o, Dadaş Dadaşlinskinin “Polis nə zaman döyəndə haqlı olur?” sualına belə cavab verib:
“Polisə sataşandan, artıq- əksik danışandan sonra… Biri mən, küçədə kimsə söz desə, cavabını verəcəyəm. Bir az diqqətli olmaq lazımdır. Hər kəs özünə, sözünə, məntiqinə fikir versə, belə şeylər yaranmaz”.
Könül
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək