Poçettinonun "Tottenhem" futbolçuları ilə təsirli vidası - FOTO
İngiltərənin “Tottenhem” klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino komandanın futbolçuları ilə təsirli şəkildə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, Poçettino futbolçularla görüşməyib, onlara paltardəyişmə otağındakı lövhədə bu sözləri yazaraq sağollaşıb:
“Hamınız çox sağ olun! Biz əlvida deyə bilmərik… Siz həmişə bizim ürəklərimizdə olacaqsınız”.
Xatırladaq ki, Poçettino 2014-cü ildən “Tottenhem”i çalışdırırdı. Onu bu postda Joze Mourinyo əvəzləyib. London klubu 56 yaşlı məşqçi ilə 4 illik müqavilə imzalayıb. Mourinyo Poçettino barədə xoş fikirlər səsləndirib: “İndi ona çətindir, sabah isə keçəcək, yeni işə başlayanda artıq özünü xoşbəxt hiss edəcək. Maurisio istədiyi vaxt bazaya gələ, futbolçularla, onunla işləmiş insanlarla görüşə bilər. Onun üçün qapımız həmişə açıqdır”.
Klub rəhbərliyi isə Poçettino ilə yolları ayırmaq qərarını verməyin asan olmadığını bildirib.

ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək