"Pis oyun, pis gecə idi" - Zidan
“Özümü komandadakı vəziyyəti düzəltməyə qadir biri kimi görürəm, bunu etməyə çalışacağam. Futbolçular bu işdə mənə kömək edəcəklər. Çıxış yolu axtaracağıq və tapacağıq. İndi şənbə günü keçiriləcək “Barselona” ilə səfər oyununa hazırlaşmalıyıq. Əlbəttə ki, “Şaxtyor” la matçdakı bu nəticədən sonra özümüzü pis hiss edirik”.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Şaxtyor”a (Donetsk) 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Fransalı mütəxəssis daha sonra bildirib: “Bu oyun hər şeyin birləşməsidir. İlk qoldan əvvəl səhv etdik, özümüzə inam yox idi. İkinci hissədə görüşün gedişatını dəyişdirən oyunçulara görə sevindim. Onlar məğlubiyyə layiq deyildilər. Pis oyun, pis gecə idi. Amma sabah yenə günəş doğacaq. Məşqçiyəm və bir həll yolu tapmalıyam. Nəticəyə görə cavabdehəm və səhv etdiyim üçün ilk hissə yaxşı keçmədi”.
Zidan ilk qolun hər şeyi dəyişdirdiyini vurğulayıb: “Amma Çempionlar Liqası yeni başlayıb və biz təslim olmaq fikrində deyilik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək