Piratlar Yəmən və Somali sahillərində iki gəmini ələ keçirdi
Yəmən və Somali sahillərində iki gəmi dəniz quldurlarının hücumuna məruz qalaraq ələ keçirilib. Gəmilərdə ümumilikdə 30 dənizçinin olduğu, onlardan 22-nin Hindistan vətəndaşı olduğu bildirilir.
Minval.info xəbər verir ki, Eritreya bayrağı altında üzən “Sibu 1” tankeri Yəmən sahillərindən təxminən 30 dəniz mili məsafədə, Ədən körfəzində altı silahlı pirat tərəfindən ələ keçirilib. Gəmidə 20 nəfərlik heyət olub. Dəniz administrasiyasının məlumatına əsasən, ekipajın bütün üzvləri təhlükəsiz vəziyyətdədir. Onlardan 16-sı Hindistan, biri isə Suriya, Sudan və İraq vətəndaşıdır. Daha bir dənizçinin vətəndaşlığı hələ müəyyənləşdirilməyib.
Digər hadisə isə Somali sahillərində, Puntland bölgəsində baş verib. Kamerun bayrağı altında üzən “Lutuv” yük gəmisi piratların hücumuna məruz qalıb. Gəmidə 10 nəfərlik heyət olub və onların 6-sı Hindistan vətəndaşıdır.
Qeyd edək ki, Somali sahillərində pirat hücumları son dövrlərdə yenidən gündəmə gəlib. Daha əvvəl də Fars körfəzindən Somaliyə gedən və 18,5 min ton yanacaq daşıyan tanker quldurlar tərəfindən ələ keçirilmişdi. Bundan başqa, Somali piratlarının pakistanlı dənizçilərin azad edilməsi üçün milyonlarla dollar fidyə tələb etdiyi bildirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır