Peskov İranla bağlı sualdan QAÇDI
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ kəşfiyyatının İranın Yaxın Şərqdəki Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) obyektlərinə hücumlarında Rusiyanın mümkün rolunu araşdırması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Minval.info xəbər verir ki, Peskov bu iddiaları şərh etməkdən imtina edib.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ analitikləri İranın həyata keçirdiyi hücumların yüksək dəqiqliyi və effektivliyi, həmçinin Moskva ilə Tehran arasında texniki əməkdaşlığın miqyasını nəzərə alaraq belə ehtimalı araşdırırlar.
Dmitri Peskov isə məsələ ilə bağlı danışarkən, “Hansısa şübhələr barədə xəbərlərin şərh üçün əsas olduğunu düşünmürəm”, – deyə bildirib.
Məlumatda qeyd olunur ki, Qərb kəşfiyyatının daxili sənədlərindən birində Rusiyanın regionda MKİ-nin fəaliyyəti ilə bağlı hədəflərin müəyyənləşdirilməsində iştirak etmiş ola biləcəyi ehtimalı yer alıb.
Bildirilir ki, mart ayında MKİ-yə aid ən azı iki obyekt hücuma məruz qalıb. Onlardan biri ABŞ-ın Ər-Riyaddakı səfirliyində yerləşən kəşfiyyat rezidenturası, digəri isə İraqın şərqindəki obyekt olub. Bəzi mənbələr hücuma məruz qalan obyektlərin sayının daha çox olduğunu iddia etsələr də, onların dəqiq sayı və yerləşdiyi məkan açıqlanmır.
Qərb rəsmilərinin ehtimalına görə, Səudiyyə Ərəbistanındakı hücum zamanı Rusiya texnologiyası ilə təkmilləşdirildiyi bildirilən iki İran pilotsuz uçuş aparatından istifadə edilib. İddialara əsasən, ilk dron səfirliyin xarici divarında dəlik açıb, ikinci dron isə həmin boşluqdan daxil olaraq partlayıb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!