Pekində koronavirus xəstəsi qalmayıb
Çinin paytaxtında koronavirus xəstəliyinə yoluxmuş son iki nəfər xəstəxanadan evə buraxılıb.
TASS-ın məlumatına görə, bu barədə Pekinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama verib.
Məlumata görə, pandemiya başlayandan bəri ilk dəfədir ki, şəhərin tibb müəssisələrində koronavirus xəstəsi qalmayıb.
Statistikaya görə, Çinin materik hissəsində yoluxanların 94,13 faizi müalicə olunub.
Qeyd edək ki, Çində yoluxmuş insanların ümumi sayı 84,9 min nəfəri keçib. Son yeddi gündə 108 hadisə aşkar edilib (bir həftə ərzində xəstəxanalardakı xəstələrin sayının azalma dinamikası gündə təxminən 6,7 faiz olub).
Aprelin 15-dən bəri ölkədə COVID-19-dan ölüm hadisəsi baş verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-ın Çindəki səfirliyi qarşısında partlayış (VİDEO)
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
Dünyaca məşhur klubun məşq bazası yandı - azı 10 futbolçu öldü (Foto)
Türkiyədə turist mövsümünün başlanması koronavirusa görə təxirə salına bilər
Çinin əli hər yerə uzanmaqda davam edir - “The Washington Post”
Artıq Amazonda robotlar işləyəcək