Pekində fövqəladə vəziyyət elan olundu
Çinin paytaxtı Pekində koronavirusa yoluxanların sayının birdən-birə artması səbəbindən şəhərdə fövqəladə vəziyyət elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası məlumat yayıb.
Bildirilib ki, yoluxmaların artma səbəbi ilə paytaxtın bütün bölgələri fövqəladə vəziyyətə keçib, virusun aşkarlandığı yaşayış məntəqələri, kəndlərə giriş və çıxışlar məhdudlaşdırılıb. Fövqəladə vəziyyətin elan edilməsi ilə şəhər xaricindəki səyahətlər, kollektiv əyləncə və dini tədbirlər ləğv edilib. Tələbələrinin Pekindən ayrılmamaları barədə göstəriş verilib.
Ən yüksək yoluxma paytaxtın şimal-şərqində və Pekin Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən Şunyi bölgəsində qeydə alınıb. Aeroport işçilərinin bir qisminin Şunyi bölgəsində yaşadığı da qeyd edilib.
Bölgədəki 92 laboratoriyada 800 min insanın test ediləcəyi ifadə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib