Payızda qiymətlərin fırtınası: Hangi məhsullar bahalaşacaq?
Yay mövsümünün sona çatması ilə birlikdə payız aylarında bazarlarda qiymət dəyişiklikləri yenidən diqqət mərkəzinə gəlir. Mövsümi faktorlar, yeni tədris ilinin başlaması, kənd təsərrüfatı məhsullarının təklifindəki dəyişikliklər və inflyasiya bəzi məhsulların qiymətlərinin artmasına səbəb ola bilər. Bu vəziyyət ailələrin aylıq büdcəsinə birbaşa təsir göstərə bilər.
Minval.info xəbər verir ki, iqtisadçı Ruslan Atakişiyev, payız aylarının sonlarına doğru, xüsusilə noyabr ayından etibarən kənd təsərrüfatı məhsullarının qiymətlərində artımın müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, yerli istehsalda açıq sahə təsərrüfatçılığının payının azalması və hava şəraitinin dəyişməsi ilə əlaqədar istehsalın daha çox qapalı şəraitə, yəni istixanalara keçməsi kənd təsərrüfatı məhsullarının maya dəyərinə və nəticədə qiymətlərinə təsir göstərir. Bundan əlavə, Yeni il dövrünün yaxınlaşması, bayram tətilləri və mövsümdə ənənəvi olaraq artan tələbat da qiymətlərin yüksəlməsinə səbəb olan amillər arasındadır.
İqtisadçı əlavə edir ki, hazırda, avqust-sentyabr aylarında kənd təsərrüfatı məhsulları qiymət baxımından ən aşağı səviyyədədir. Lakin payızın sonlarından etibarən əksər məhsullarda bahalaşma başlayır. Bu artım xüsusilə istixana şəraitində yetişdirilən tərəvəzlərə, bostan məhsullarına və bir sıra meyvələrə aiddir. Eyni zamanda, xaricdən idxal olunan məhsulların həcmi artsa da, onların daşınma və digər xərcləri də qiymətlərə təsir göstərdiyindən bazarda bahalaşma müşahidə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir