06.11.2026 - 14:14
Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər
İqtisadiyyat 232 baxış

Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər

Azərbaycanda minimum əməkhaqqının gəlir vergisindən azad olunması təklif edilir. Bu, ölkədə yaşayan və minimum maaş alan vətəndaşların sosial təminatının yaxşılaşdırılması məqsədi daşıyır.

Minval.info xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib. İclasda çıxış edən deputat Vüqar Bayramov, Vergi Məcəlləsinə və bir neçə qanuna dəyişikliklərin təklif edildiyini bildirib.

Deputat qeyd edib ki, bir çox ölkələrdə minimum əməkhaqqı gəlir vergisindən azaddır və bu praktikanın Azərbaycanda da tətbiq olunması məqsədəuyğundur. Belə ki, həm dövlət, həm də özəl sektorda çalışan minimum maaş alan vətəndaşların gəlir vergisindən azad edilməsi onların sosial rifahını artıracaq.

Vüqar Bayramov əlavə edib ki, bu addım nəticəsində hər iki sektorda vergidən azad ediləcək məbləğ 400 manat müəyyənləşə bilər. Bu, maaşları yüksək olmayan vətəndaşlar üçün mühüm dəstək olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: