İnəkdən sağılan süd də uçota alınacaq
Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni uçot qaydaları tətbiq ediləcək. Publika.az-ın yazdığına görə, bu qaydalar 2027-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək və süd, yumurta istehsalının dəqiq hesablanmasına xidmət edəcək.
Yeni qaydalara əsasən, süd istehsalında yalnız satılan məhsul deyil, həm də şəxsi istehlaka sərf edilən, natura formasında dəyişdirilən və heyvanların balalarına verilən süd də nəzərə alınacaq. Kənardan alınan süd isə bu hesablamalara daxil edilməyəcək.
Yumurta istehsalında da oxşar yanaşma tətbiq olunacaq. Satış, şəxsi istifadə və digər məqsədlər üçün istifadə edilən bütün yumurtalar uçota alınacaq.
Əgər illik süd və yumurta istehsalına dair dəqiq məlumatlar mövcud deyilsə, bu göstəricilər sağmal heyvanların və yumurtlayan quşların sayı, gündəlik orta istehsal səviyyəsi və faktiki istehsal dövrü əsasında hesablanacaq.
Məsələn, üç sağmal inəkdən hər birinin gündə səkkiz litr süd verdiyi və sağım dövrünün 300 gün olduğu təsərrüfatda illik süd istehsalı 7,200 litr kimi qeydə alınacaq. Eyni qaydada, 10 yumurtlayan toyuqdan gündə beş yumurta əldə edilərsə, illik istehsal 1,825 ədəd təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Visa və Mastercard Azərbaycanda niyə rəqibsizdir
Azərbaycanda 2027-ci ildə güzəşt və azadolmaların məbləği açıqlanıb
Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər
Azərbaycanda vergi borclarına görə faizlərin azaldılması təklif edilir
Çin SoftBank-ın ABB-nin robotika biznesini almasına mane oldu