"Paşinyanın niyə belə etdiyini anlaya bilmirdik" - Ambarsumyan
Ermənistanın son müharibə dövründə vəzifədə olmuş keçmiş Milli Təhlükəsizlik Xidməti (MTX) rəhbəri Mikael Ambarsumyan Paşinyan haqqında şok faktlar açıqlayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, M.Ambarsumyan müharibə zamanı dəfələrlə Ermənistan tərəfinin ağır vəziyyəti və böyük itkiləri barədə baş nazirə məlumat verdiyini və müharibənin dayandırılmalı olduğu barədə məruzə etdiyini açıqlayıb. Nikol Paşinyan isə MTX rəhbərinin sözlərinə məhəl qoymayıb.
“Paşinyanın niyə belə etdiyini anlaya bilmirdik. Ona dəfələrlə uğursuzluqlar barədə məruzə etmişdim. Digər tərəfdən, xüsusi xidmət orqanları kimi strateji sahədə tez-tez yüksək vəzifələrdə kadr dəyişiklikləri qurumun işinə mənfi təsir edirdi.”, – deyə Ambarsumyan söyləyib.
Sabiq MTX rəhbərin həmçinin 10 noyabr üçtərəfli bəyanatı haqqında öncədən məlumatı olmadığını söyləyib. Ambarsumyan bəyanatdan yalnız imzalanmadan sonra xəbər tutduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı