Paşinyan sözünü dedi: İstefa verməyəcəm
“Ermənistan hakimiyyəti, şəxsən mən baş verənlərə görə cavabdehəm, lakin biz ölkənin gələcəyini düşünməliyik”.
Azxeber.com xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, istefa verməyəcəyini və gələcəyin qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib.
Paşinyan bildirib ki, Baş nazir olaraq baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürür, eyni zamanda 18 noyabrda təqdim olunan fəaliyyət planının icrası da daxil olmaqla gələcəyə görə də məsuliyyət daşıyır.
Xatırladaq ki, son 10 gündə Ermənistanda Fövqəladə Hallar Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərləri, müdafiə, təhsil, əmək və iqtisadiyyat nazirləri istefa veriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir