Paşinyan Rusiyanı Ermənistan iqtisadiyyatından sıxışdırmağa başladı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Rusiyadan Qərb istiqamətinə döndərməyə davam edir və Rusiya biznesini Ermənistandan sıxışdırmağa başlayıb.
Məlumata görə, Ermənistanın dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiya noyabrın 15-də keçiriləcək iclasında Rusiyanın “MTS” PSC-nin törəmə operatoru olan “MTS Ermənistan” QSC-nin şirkətin səhmlərinin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün müraciət ərizəsini təsdiq etməyi planlaşdırır.
Komissiyanın saytında yerləşdirilən qərar layihəsində qeyd olunub ki, qurum “MTS Ermənistan”ın səhmlərinin 100 faizinin Kiprin “Fedilco Group Limited” şirkətinə satışı üzrə müqavilənin bağlanmasına razıdır. Əgər müqavilə bağlanarsa, “MTS Ermənistan” artıq “MTS” qrupunun üzvü sayılmayacaq.
Beləliklə, Ermənistan hakimiyyəti Rusiyanın təkcə İrəvanın siyasi kursuna deyil, həm də Ermənistan iqtisadiyyatına təsirinə son qoyacağına ümid edir.
Ermənistanın baş naziri Nikol Paşinyan ekspertlərin, bəzi informasiya platformaları və təbliğat mediası nümayəndələrinin iştirakı ilə bu yaxınlarda keçirilən qapalı iclasda ölkə hökumətinin xarici siyasət vektorunda dəyişiklik etdiyini açıqlayıb. Ermənistan mətbuatının yazdığına görə, Paşinyan bundan sonra KTMT-nin, eləcə də MDB-nin işində iştirak etməyəcəyini və bu strukturları əvəz edəcək şəxs axtardığını bildirib. O, həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çoxlu maraqlı vədlər var.
Ermənistan hökuməti hesab edir ki, “Rusiya ilə ittifaqda qalmaq mənasızdır”, həmçinin Ermənistan Rusiyanı tərk etsə, heç nə baş verməyəcək, “çünki Moskva daha heç kimi cəzalandıra bilməyəcək”.
ƏLAQƏLİ
Quyruqlu uşaq iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir?
Paşinyanın hərəkətlərinin nəyə gətirib çıxaracağını və Moskvanın reaksiyasının necə olacağını görmək qalır.//Trend
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıbrısda yeni təkliflərə Erhürmandan sərt reaksiya
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər