Paşinyan Medvedevin onu pərt etməsindən danışdı: Gözlərimə inana bilmədim
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən hökumətlərarası şurasının iclasında baş verən hadisəyə münasibət bildirib.
Publika.az “news.am”-a istinadən xəbər verir ki, Paşinyan Medvedevin ona lağ etdiyini deyənlərə sərt reaksiya verib.
“Bu dəqiqə Feysbuka daxil oldum, gözlərimə inana bilmədim. Korrupsiyaya qurşanmış sistemin qalıqları sosial şəbəkələrdə belə asanlıqla səs-küy sala bilib. İclasda təkcə Medvedev yox, biz hamımız otağa keçib qəhvə içmək istəyirdik. İclas planlaşdırıldığından iki saat yarım çox çəkdi. Medvedevlə bir gün əvvəl söhbət aparmışdım. Bu da görüşün qeyri-rəsmi hissəsinin başlanmasını səbirsizliklə gözləməyimə əsas verirdi. Mən anlamıram, məgər bütün bunları izah etməliyəm?!” – Paşinyan Feysbuk hesabında yazıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Paşinyanın sənədlərin imzalanması mərasimində gülünc vəziyyətə düşdüyü görünür. Paşinyanın pərt olması Medvedevin və Rusiya nümayəndə heyətinin gülüşünə səbəb olub.
https://youtu.be/Ilj-5VRQ1Og
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı