Paşinyan deputatlarla növbədənkənar seçkilərin keçirilməsini müzakirə edib
Ermənistanda hakim komanda yaxın vaxtlarda növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini qəbul edib.
“Report” xəbər verir ki, bu, “Joxovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, baş nazir Nikol Paşinyan yaxın ətrafı ilə Seçki Məcəlləsinin dəyişdirilməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini çox fəal şəkildə müzakirə edir.
O, dekabrın 15-də hakim “Mənim addımım” fraksiyasının deputatları ilə bir araya gəlib.
Görüş iştirakçıları bildirib ki, seçki sistemində dəyişikliklə cəmiyyətin ovqatını dəyişmək mümkünsüzdür. Onların qənaətincə, yaxın günlərdə növbədənkənar parlament seçkiləri keçirmək lazımdır.
Müzakirədə ədliyyə naziri Rüstəm Badasyan və N.Paşinyanın müşaviri, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan da iştirak edib.
Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan xalqın iradəsi tələb edəcəyi halda istefa verəcəyini bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı