Paşinyan: “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi yunan adalarında torpaq alırdı”
Ermənistan Baş naziri Nikol Paşinyan Milli Məclisdə çıxışı zamanı deyib ki, Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı.
Bu barədə azatutyun.am xəbər yayır.
O bildirib ki, kritik infrastrukturun inkişafının xüsusi çəkisi baxımından Ermənistan şərti vahidlərdə 10-1 hesabı ilə Azərbaycandan geri qalıb.
Paşinyan Ermənistanda hərbi sənaye sisteminin 2016-cı ilin aprelindən sonra, Azərbaycandan 11 il geri qalmaqla formalaşmağa başladığını da vurğulayıb.
“2017-ci ildə Azərbaycanda biri kəşfiyyat olmaqla iki peyk var idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı və Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı.
Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə kimi davam edir”, – deyə Paşinyan qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı