Paşinyan AB-yə üzvlük üçün ilk addımı atır
Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində ilk addımı atacağı və yaxın gələcəkdə rəsmi müraciət edəcəyi bildirilib. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən məlumat verib.
Minval.info xəbər verir ki, Paşinyan, “İlk növbədə Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsi lazımdır” deyərək, bu prosesin ardından yol xəritəsinin hazırlanacağını vurğulayıb. O, həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyindəki tərəfdaşlarının tələblərinin və narahatlıqlarının da nəzərə alınacağını qeyd edib.
Baş nazir, AB-yə üzvlük məsələsində yekun mərhələyə gəlinəcəyi təqdirdə xalq səsverməsinin keçirilməsinin mümkünlüyünü də əlavə edib. Xatırladaq ki, Ermənistan parlamenti 26 mart 2025-ci ildə ölkənin AB-yə qoşulması prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Moskva isə İrəvanın Avropa ilə daha sıx inteqrasiyasının Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə üzvlüklə uyğun gəlməyəcəyi barədə xəbərdarlığını təkrarlayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan KTMT-dən çıxarsa, sevinəcəkmi?
Paşinyan: Ermənistan dəmir yolları təhlükədə!
Pensiya hesablanmasında yeni dəyişiklik təklifi
İlham Əliyev Daşkəndə getdi: iki qardaş ölkə arasında yeni strateji xəritə
Qazaxıstanda birpalatalı parlamentə ilk seçki başladı
Rusiya səfirliklərə seçki günü nota göndərdi
Moskva-İrəvan münasibətlərinə təhlükə: Zaxarovadan xəbərdarlıq