20.03.2024 - 15:30
Maqazin
49 baxış
Pərviz Qasımov "Sən gəlməz oldun" mahnısına Türkiyədə klip çəkdirdi
Tanınmış xanəndə yeni klipini təqdim etdi.
Xanəndə Pərviz Qasımov bu dəfə fərqli repertuarla çıxış edib. Belə ki, o “Sən gəlməz oldun” mahnısına klip çəkdirib. Klipdə yer alan görüntülər İstanbulda baş verib.
Mahnının arenjemanı Taleh Ağayevə və Orxan Mirnatiqoğluya aiddir. Klipi isə İbrahim Bülbül çəkib. Onun rejissor işində əsas süjet xətti sevdiyi qadının yolunu gözləyən nakam sevgidən bəhs edib.
Sözləri Mədinə Gülgünə, musiqisi isə Ələkbər Tağıyevə aid olan mahnınıb böyük tarixi var. Belə ki, “Sən gəlməz oldun” Ələkbərin qardaşı oğlunun həyat yoldaşına həsr olunub. Qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl xanım idi. Uşağı olandan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar olur. Övladının heç bir yaşı olmamış dünyasını dəyişdi, Ələkbər də həmin dəfndə iştirak etmişdi. Bu hadisə, yas mərasimi ona elə təsir edir ki, evə gələn kimi bu mahnını bəstələyir. “Sən gəlməz oldun” mahnısı həmin gəlinə ithaf olunub.
Pərviz Qasımovun ifasında mahnıya yeni nəfəs gəlib.
Qeyd edək ki, bu mahnı bir müddət öncə ermənilər tərəfindən oğurlanıb, xalq mahnıları kimi təqdim edilmişdi.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
20.10.2026 - 10:14
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
25.09.2026 - 12:37
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
19.09.2026 - 09:49
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
19.09.2026 - 09:35