Pənah Hüseyn və Akif Nağı cəbhə xəttini keçdilər - Ara qarışdı...
Qarabağ döyüşçüsü, hüquqşünas Camal Əhmədovun “Yurduma qayıdıram” təşəbbüsünün həyata keçirilməsi baş tutmayıb.
Minval.info xəbər verir ki, QAT mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə bu gün “Yurduma qayıdıram” təşəbbüsünə qoşulan bir qrup insan, o cümlədən Pənah Hüseyn, Akif Nağı, Camal Əhmədov, Şaiq Süleymanov, Şirxan Əliyev və digərləri cəbhənin Ağdam istiqamətində cəbhə xəttini keçərək işğal olunmuş ərazilərə daxil olmağa cəhd göstərib.
Toplanış üçün müəyyən edilmiş Təzəkənd, Təkçinar ərazisinə Pənah Hüseyn, Akif Nağı, Şaiq Süleymanov, Şirxan Əliyev çata biliblər, yerdə qalan insanlara həmin əraziyə yaxınlaşmağa imkan verilməyib.
Təşəbbüsə dəstək verənlər Tərtər, Ağdam, Bərdə polis idarələrinə aparılıb, onlardan yazılı izahat alınıb və bir neçə saatdan sonra sərbəst buraxılıblar.
QAT sədri, Qarabağ Komitəsinin üzvü Akif Nağı bildirib ki, təşəbbüs işğal olunmuş ərazilərin azad edilməsi, yurda qayıdış ideyasının təbliği baxımından əhəmiyyətlidir və bundan sonra da bu cür təşəbbüslər davam etdiriləcək.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!