Özbəkistanda zirzəmidə siam köpəkbalığı ferması!
Özbəkistanın Fərqanə şəhərində qeyri-adi bir hadisə baş verib. Burada bir sakin çoxmənzilli yaşayış binasının zirzəmisində süni su hövzəsi quraşdıraraq siam köpəkbalıqları yetişdirib. Bu hadisə ərazi müfəttişliyinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı üzə çıxıb.
Minval.info xəbər verir ki, siam köpəkbalıqları dəniz köpəkbalıqlarına bənzəsə də, əslində şirin su balıqlarıdır. Lakin bu qeyri-adi fəaliyyət təkcə balıqlarla məhdudlaşmayıb. Yoxlama zamanı müfəttişlər ev sahibinin ümumi su təchizatı sisteminə qanunsuz qoşulduğunu da aşkar ediblər.
Zirzəmidən təyinatı üzrə istifadə qaydalarını pozan şəxs barəsində inzibati protokol tərtib olunub və cərimə tətbiq edilib. Eyni zamanda, suyun özbaşına istifadəsi ilə bağlı ayrıca sənədləşmə aparılıb. Aidiyyəti qurumlar tərəfindən ev sahibinə 15 gün müddətində zirzəmini boşaltmaq, quraşdırılmış hovuzu sökmək və otağı əvvəlki vəziyyətinə qaytarmaq barədə sərt xəbərdarlıq edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır