Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı
Aydının Milas rayonunun Çomakdağ Kızılağaç məhəlləsində nadir bir beynəlxalq dələduzluq hadisəsi baş verib. Özbəkistan əsilli Mamora Burxanova adlı gəlin, toy mərasimində ona taxılan təxminən 4 milyon manat dəyərində qızıl-zinət əşyalarını götürərək yoxa çıxıb.
Minval.info xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən məşhur pəhləvanların iştirak etdiyi və əsrlərdir davam edən gecə güləşi ənənəsinin keçirildiyi məhəllədə üç gün, üç gecə davam edən toy mərasimi ilə ailə quran gəlin səhər saatlarında evdən çıxıb və izini itirib.
Səhər saatlarında gəlini və milyonlarla manat dəyərində qızılları tapa bilməyən Ateşoğlu ailəsi böyük şok yaşayıb. Ailə, sonradan təşkil olunmuş saxta gəlin dələduzluğunun qurbanı olduqlarını anlayıb və hadisə ilə bağlı polisə və Respublika Baş Prokurorluğuna müraciət edərək şikayət ərizəsi verib. Özbəkistan əsilli Mamora Burxanovanın tapılması üçün axtarışlar davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!