Özəl məhkəmə eksperti olmaq istəyənlər üçün vacib təlim imkanı: Necə qeydiyyatdan keçməli?
Özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək istəyən şəxslər üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil edilən icbari təlimə qeydiyyat prosesi başlayıb.
Minval.info xəbər verir ki, bu təlimdə iştirak etmək arzusunda olan namizədlər 6 avqustdan 5 sentyabr saat 23:59-a qədər elektron ərizə formasını doldurmalı və tələb olunan sənədlərin skan edilmiş surətlərini əlavə etməlidirlər.
Elektron ərizə formasına əlavə olunacaq sənədlər arasında şəxsiyyəti təsdiq edən sənəd, ali təhsil haqqında sənədin notariat qaydasında təsdiqlənmiş surəti və 3×4 sm ölçüdə fotoşəklin skan edilmiş surəti yer alır.
ƏLAQƏLİ
Bakı-Tiflis qatarlarının artırılmasına Gürcüstanın "yaşıl işığı" nə vaxt yanacaq?
Müraciətlər yalnız elektron qaydada qəbul edilir və təlim ödənişli əsaslarla keçirilir. Qeyd edək ki, bu sahədə fəaliyyət göstərmək istəyənlər “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilən tələblərə uyğun olmalıdırlar.
Əlavə məlumat üçün namizədlər (+994 12) 493 71 31 (daxili 125) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ futbol akademiyasında yeni dövr: Məşqçi heyətində kimlər var?
Səidə bəkirqızının məhkəmə qalibiyyəti: Apellyasiya şikayəti rədd edildi
Azərbaycanda şəhər və kəndlərdə təhsil uçurumu: Statistika nə göstərir?