Qaqik Çarukyana qarşı yeni ittihamlar: Milyonlarla dollar və çirkli pulların yuyulması işi
Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyan yeni ittihamlarla üzləşir. O, 2 milyon 500 min dollar tələb etmək və çirkli pulların yuyulmasında iştirak etməkdə günahlandırılır.
Minval.info xəbər verir ki, Ermənistan İstintaq Komitəsi bu barədə rəsmi məlumat yayıb. İstintaq sənədlərinə görə, Çarukyan 2008-ci ildə Livan ermənisi G.T. adlı iş adamı ilə tanış olub və birgə biznes qurmaq üçün razılığa gəliblər. 2009-cu ildə onlar qızıl-zinət əşyalarının satışı ilə məşğul olan bir şirkət təsis ediblər və Sedrak Arustamyanı direktor təyin ediblər.
İş adamı Çarukyana Kotayk vilayətində içməli su zavodu tikməyi təklif edib. Anlaşmaya əsasən, zavodun binasını Çarukyan tikməli, avadanlıqları isə iş adamı təmin etməli idi. Lakin bu layihə həyata keçirilməyib.
İstintaq Komitəsi bildirir ki, 2010-cu ilin avqustunda Arincdəki malikanədə Çarukyan və Arustamyan zor tətbiq edərək iş adamından şirkətlərdəki paylarını Arustamyana keçirməsini tələb ediblər. Onlar bu səhmləri qanuniləşdirməyə çalışıblar ki, bu da çirkli pulların yuyulması kimi qiymətləndirilib.
İyulun 6-da İstintaq Komitəsi Çarukyanın evində və ona məxsus 70-dən çox obyektdə axtarışlar aparıb. Axtarışlar bitdikdən sonra obyektlər möhürlənib və Çarukyanın iki aylıq həbsinə qərar verilib.
Siyasətçi çirkli pulların yuyulması, dələduzluq, 934 min dolların mənimsənilməsi və qanunsuz ovla dövlətə 81 min dollar ziyan vurmaqda təqsirləndirilir. Onun “Ararat” şərab kombinatı, “Araratsement” zavodu və “Multi Velnes” idman kompleksi əlindən alınıb. Prokurorluq, həmçinin, Çarukyan və onunla əlaqəli şəxslərin 75 daşınmaz əmlakının, 10 obyektinin, 42 nəqliyyat vasitəsinin və 38 şirkətdəki paylarının müsadirə olunmasını tələb edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir