"Övladıma görə ona dillənmirəm" - Eks ərindən Tünzaləyə
Xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev barədə dedikləri cavabsız qalmayıb.
Minval.İnfo Lent.az-a istinadən xəbər verir ki, R.Əliyev müğənni haqda suallara belə cavab verib:
“İndi o qadını düşünməyə, müzakirə etməyə zamanım yoxdur. Onun mənimlə bağlı sonuncu açıqlaması sosial şəbəkələrdə paylaşıldı. Həmin paylaşımların altında yazılan rəylərə diqqət yetirsəniz, görəcəksiniz ki, insanlar mənim yerimə onun cavabını verib. Bu gün ona elə sözlər, elə açıqlamalar verərdim ki… Amma ortada qızımız var. Övladıma görə ona dillənmirəm. Susmağım, artıq sözlər deməməyim ona cavab olsun”.
Qeyd edək ki, T.Ağayeva “Dəyişən cavab” verilişində keçmiş həyat yoldaşı R.Əliyev barədə bu sözləri demişdi:
“O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. “Mənlə yaşamırdısa, həyat məhv olmalıdı” deyə, düşünürdü. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək