“80 yaşım var, mənim ailəmdən nə istəyirsiz? Səsimi, yoxsa qismətimi? Deyirlər, 7 əri var. Tabut arxasıycan getmişəm. Tanrı yazıb, mən yaşamışam. Bunu üzümə sillə kimi vurdu. Dünyasını da dəyişib. Özünə bir ər də qismət olmadı”.

Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova mərhum İlhamə Quliyevanın ünvanına söyləyib.

Sənətçi “ATV maqazin onlarla” proqramında illərlə küsülü olduğu ifaçı haqda danışıb: “Ər, məşuq deyil. Durub mənə deyirsən ki, 7 dəfə ərə gedib. Mən ana, evimin xanımı, qulluqçusu olmuşam. Sənin payına nə düşdü? Uşağın məktəbə gedəndə niqaran qaldınmı, ac qalar? Yaşamadın, Allah ona o xoşbəxtliyi rəva bilmədi. Ər çörəyi yemişəm. 15, 50 ərim olsa da… Allah mənim çörəyimi kəsərsə, millətimin çörəyini yeyərəm, küçə sərgüzəştlərin yox”.

F.Kərimova “İlhamə Quliyeva ünyasını dəyişəndən sonra da onu bağışlamadınız” sualına “Sağ vaxtında çox cəhd etdi. Televiziyada gah qızımı, gah məni tərifləyirdi, gah adam göndərirdi. Bağışlamaq, dediklərinə layiq olmaq demək idi. Necə bağışlayım? Qalib mənəviyyatını tapdalamağa qoymayan insan idi. Mən qalibəm” cavabını verib.