Ötən il ən böyük hərbi büdcəyə malik ölkələr bəlli olub

2018-ci ildə ABŞ-ın müdafiə xərcləri 643,3 milyard dollar təşkil edib.
“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) hər il dərc etdiyi reytinqdə ikinci yeri 168,2 milyard dollarlıq müdafiə xərcləri ilə Çin, üçüncü yeri isə 82,9 milyard dollarla Səudiyyə Ərəbistanı tutur.
Sonrakı yerlərdə Rusiya (63,1 milyard dollar), Hindistan (57,9 milyard diollar), Böyük Britaniya (56,1 milyard dollar), Fransa (53,4 milyard dollar), Yaponiya (47,3 milyard dollar), Almaniya (45,7 milyard dollar), Cənubi Koreya (39,2 milyard dollar) gəlir. NATO üzvü olan Avropa ölkələrinin isə ötən il məcmu hərbi büdcəsinin 264 milyard dollar təşkil etdiyi bildirilir.
Hesabatı Münhen Təhlükəsizlik Konfransına təqdim edən İİSS eksperti Fransua Haysburq sənəddəki rəqəmləri Avropada müdafiə xərclərini artırmaqdan boyun qaçırmaq üçün bəhanə gətirməməyə çağırıb: “Rusiya müdafiəsinə xərclədiyi pullardan daha çox hərbi səmərə əldə etməyi bacarır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx