Ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib. Nazirlikdən verilən məlumata görə, himayədar ailə modelinin tətbiqi və valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiyası üçün prosedurlar təkmilləşdirilib və sadələşdirilib.
Minval.info xəbər verir ki, yeni dəyişikliklər himayədar ailə olmaq istəyən vətəndaşlar üçün prosesin daha əlçatan və çevik təşkilinə imkan yaradır. Himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində müsahibə keçirilir və onların maddi-məişət şəraitləri qiymətləndirilir. Bu mərhələni uğurla keçən namizədlər minimum 3 gün davam edən təlimlərə cəlb olunurlar.
Vətəndaş məmnunluğunu artırmaq məqsədilə təlimlərin onlayn formatda təşkili də nəzərdə tutulub. Təlimlərin sonunda müsbət nəticə əldə edən namizədlər üçün uyğun uşağın seçilməsi müddəti 7 iş günündən 5 iş gününə endirilib. Himayədar ailə prosesinin mərhələləri üzrə qərarların qəbul edilməsi müddəti isə 3 iş günü olaraq müəyyən edilib. Bu dəyişikliklər uşaqların himayədar ailələrə keçidini daha qısa müddətdə, yəni 2 həftə ərzində tamamlanmasına imkan yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Bu yaşdan sonra ərə baxa bilmərəm"
Amazon reklam qalmaqalında: FTC məhkəməyə müraciət etdi
Güllünün qızı məhkəmə öncəsi oğurluqda ittiham olunur
Damla: Şou-biznesdə ögey övlad kimi təkləndim
Röya Ayxan: Toya qonaq yox, sənətçi çağırın
Cəmilə Tağızadə: İstanbulda gəlin idim, turist oldum
Niyaməddin Musayevin fotoşoplu şəkilləri tənqid olundu