Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 503, tank əleyhinə 70 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
ƏLAQƏLİ
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
Nəticədə 6 340 996 m² (634 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Noyabrın 10-dan avqustun 31-dək isə piyada əleyhinə 9 406, tank əleyhinə 4 092 mina və 10 529 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 45 755 242 m² (4575 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı