Osimhenin forma seçimi: 9 nömrəli formadan imtina etməsinin səbəbi nədir?
“Qalatasaray” klubunun yeni mövsümə hazırlıqları çərçivəsində, ulduz hücumçu Viktor Osimhenin forma nömrəsi ilə bağlı maraqlı bir qərar ortaya çıxıb.
Minval.info xəbər verir ki, klub rəhbərliyi, Mauro İkardidən sonra 9 nömrəli formanı nigeriyalı futbolçuya təklif etsə də, Osimhen bu təklifi qəbul etməyib. O, 45 nömrəli forması ilə davam etmək istədiyini bildirib.
Osimhen, rəhbərliyə “9 nömrəli forma ilə daha çox satış edə biləcəyinizi bilirəm. Amma 45 nömrə mənə uğur gətirib və eyni nömrə ilə davam etmək istəyirəm” deyərək qərarını açıqlayıb. Klub rəhbərliyi də bu qərara hörmətlə yanaşıb.
Bundan əlavə, baş məşqçi Okan Burukun yeni mövsümdə Osimheni komandanın kapitanlarından biri etməyi planlaşdırdığı bildirilir. Abdülkərim Bardakçının meydanda olmadığı oyunlarda, Kaan Ayhan, Yunus Akgün və Barış Alper Yılmazla yanaşı, Osimhen də kapitan sarğısını taxa bilər.
Qeyd edək ki, Viktor Osimhen 45 nömrəli formanı ilk dəfə Belçikanın “Şarlerua” klubunda geyinib və bu nömrə altında Avropada parlaq çıxışı ilə diqqət çəkib. Ötən mövsüm “Qalatasaray”ın heyətində 45 nömrəli forma ilə 37 qol vuraraq komandanın əsas hücum gücünə çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bred Pittin alkoqola qayıtması ilə bağlı şayiələr yayılıb
“Benfika” “Portu”ya qarşı intizam tədbirləri tələb edir
Azercell Kinon TV-də yeni idman paketi təqdim olundu
Kurasaodan daha bir sensasiya: möhtəşəm qələbə
Millətlər Liqasında Litva – Azərbaycan matçının hakim heyəti bəlli oldu
Formula-1-də üçüncü sərbəst yürüşə start verildi
Premyer Liqa və Avropa klubları FIFA islahatına çağırır