OPEK+ çərçivəsində hasilatın həcmi dəyişdirilməyib
OPEK+ formatının iştirakçısı olan ölkələr strateji xəttinə sadiq qalaraq 2022-ci ilin yanvarında da gündəlik hasilatı 400 min barel artırmaq qərarına gəliblər.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Monitorinq Komitəsinin iclasında bildirilib.
Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu tələbat azalması üzündən ötən ilin may ayında gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaldan alyans bu ilin yazından etibarən hər ay hasilatı 400 min barel artırır. Bununla da 2022-ci ilin sentyabr ayınadək hasilatın ixtisarına dair öhdəliklərə son vermək nəzərdə tutulur.
Qeyd edək ki, öhdəliklərə əsasən dekabr ayında gündəlik hasilat 3,76 milyon barel olmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Natiq Cəfərli: “İran pulunun ucuzlaşması Azərbaycana da təsir edəcək”
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Türkiyə lirəsinin məzənnəsi artıb
Azərbaycan nefti bahalaşmaqda davam edir
Azərbaycanda 60 saniyə ərzində əmlak sahibi olmaq mümkündür
Tehran Bakıya görə İrəvanı atdı